Bu məlumatı “Football-plus.az” saytına açıqlamasında PFL-in texniki idman departamentinin rəisi Elgiz Abbasov deyib. Qurum rəsmisi yerdəyişməni “ağ-qaralar”ın istədiyini bildirdi:
“Bakcell Arena”da planlaşdırılan təmir işləri ilə əlaqədar “Neftçi” bizə müraciət etdi ki, “Zirə” ilə səfər oyununun yeri dəyişdirilsin. Biz də “qartallar”dan təsdiq aldıqdan sonra bütün məqamları nəzərdən keçirib, 3-cü və 4-cü dövrədəki görüşlərin yerini dəyişdik”.
İLKİN SULTANLI


