AFFA paytaxt klublarını cəzalandırdı

18.03.2022 14:46 633
Premyer-liqa
Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qurum premyer-liqanın 19-cu turu ilə bağlı aşağıdakı qərarları verib.

“Səbail” – “Keşlə” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

“Qəbələ” – “Zirə” görüşündə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);