Üç oyuna polis, birinə təcili tibbi yardım maşını gec gəldi - Azərbaycanda

8.04.2022 15:00 765
I liqa
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qurum 1-ci divizionla bağlı aşağıdakı qərarları qəbul edib.

19-cu “Zirə-2” – “Qəbələ-2” matçında oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);

“Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

19-cu “Səbail-2” – “Qaradağ Lökbatan” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Qaradağ Lökbatan” klubunun qapıçısının formasında qüsur olduğuna görə oyun gec başlandığı üçün klub 80 manat cərimə olunur (maddə 69.5);

19-cu turunun “Keşlə-2” – “Sumqayıt-2” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

19-cu turun “Neftçi-2” – “Kəpəz” oyununda paytaxt təmsilçisinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

19-cu turun MOİK – “Sabah-2” oyununda qonaqların futbolçusu Mixeil Erqemlidze təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).

MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

MOİK klubunun futbolçusu Ruslan Voronsov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1);

20-ci turun “Qarabağ-2” – “Səbail-2” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Səbail-2”in futbolçusu Mehman Məsimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

20-ci turun “Sumqayıt-2” – “Turan Tovuz” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59.4);

“Turan Tovuz”un futbolçusu Davud Mahmudov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur (maddə 41.3);

20-ci turun “Kəpəz” – “Keşlə-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);

20-ci turun “Qəbələ-2” – MOİK oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);

MOİK klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 62.1).