Antonun komandası qalib gəldi

13.03.2022 20:38 531
Ölkə futbolu
Polşa çempionatında 25-ci turun oyunları keçirilib.

"Football-plus.az2 saytının məlumatına görə, Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə “Yagelloniya” ilə üz-üzə gəlib və matçdan 1:0 hesablı qələbə ilə ayrılın.

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. O, mübarizəyə ilk "11-lik"də başlayıb və sonadək oynayıb. Müdafiəçi 48-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Qeyd edək ki, “Visla” 25 turdan sonra 36 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.