Krivotsyuk oynadı, komandası isə

17.04.2022 13:33 536
Ölkə futbolu
Polşa çempionatında 29-cu turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) "Lex"lə üz-üzə gəlib və 0:1 hesabı ilə məğlub olub.

Millimizin üzvü də bu matçın iştirakçısı olub. Mübarizəyə ilk "11-lik"də başlayan müdafiəçi 5-ci dəqiqədə sarı vərəqə ilə də cəzalandırılıb.

Qeyd edək ki, ​“Visla” 29 turdan sonra 42 xalla 18 klub arasında 6-cı pillədə qərarlaşıb.