• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Birinci diviziona vəsiqə qazanmaq əsas hədəfimizdi” - MÜSAHİBƏ

Ölkə futbolu

13-03-2022, 15:0

"Araz-Naxçıvan" böyük futbola qayıtmağın planlarını cızır.

Bunun üçün lazımi işlər də görülür. Yeni mövsümdə 1-ci divizonda çıxış etmək üçün hazırlıq görən klub rəhbərliyi baş məşqçi postuna PRO kateqoriyalı Azər Bağırovu gətirib. Halbuki mütəxəssis bir müddət öncə “Səbail-2”də işə başlamışdı. Görəsən, onun divizionda çıxış edən komandanı atıb Region Liqasına yollanmasına nə səbəb olub? Bu və başqa suallar ətrafında Azər Bağırovla söhbətləşdik.

- Öncə “Araz-Naxçıvan”a təyinatınızın detallarını öyrənmək istərdik...

- Klubdan məsul şəxslər əlaqə saxladılar. Əlbəttə, bəzi məsələləri dəqiqləşdirdikdən sonra onlarla fikir mübadiləsi apardıq. Və mövzunun nə dərəcədə ciddi olduğu üzə çıxdı. Strategiya, iş planı və başqa məsələr ilə maraqlanandan sonra təklif mənə cəlbedici gəldi. Həmişə çətinliklərə sinəgərən, yeniliklərə hazır bir adam kimi fikirləşdim və “Araz-Naxçıvan”ın təklifini qəbul etdim. Bildiyiniz kimi, bu il Naxçıvan Futbol Federasiyasına yeni rəhbər təyin olunub. Bu şəxs Vüqar Abbasovdu. Onun köməkçisi isə Sakit Rzayevdi. Onlarla danışdıqdan sonra məsələnin nə dərəcədə ciddi olduğunu, iş planının uzun müddət üçün nəzərdə tutulduğunu anladım. İşinə peşəkar yanaşan bir rəhbərlə tanış olduğuma sevindim. Hər şeyin ən yaxşısını etmək üçün çalışmaq niyyətindəyik.

- Hazırda Naxçıvanda futbolun vəziyyəti necədi?

- 2013/14 mövsümündən etibarən Naxçıvanda böyük futbol, demək olar ki, geri gedirdi. Nə qədər daxili çempionat keçirilsə də, çıxış yox idi. Pandemiyanın bir neçə il davam etməsi də futbolu iflic vəziyyətə gətirdi. Uşaq futbolunun olmaması da gündəmdədi. Çox zəifdi. Lakin bacardıqca “Araz-Naxçıvan”ın uşaq futbolunun inkişafı üçün çalışacağıq. Vüqar Abbasovun dəstəyi ilə yaxın günlərdə çox şeyə nail olacağıq.

- Bir müddət öncə "Səbail-2"yə baş məşqçi təyin edilmişdiz. Divizion komandasını atıb Region Liqasında çıxış edən kluba getməyinizə nə səbəb oldu? "Səbail"də problem yaşadız?

- “Səbail-2”də ilk gündən həm klub, həm məşqçilər, həm də futbolçular tərəfindən çox yaxşı qarşılandım. Bəziləri məni tanıyırdı. Sağ olsunlar, klub rəhbərliyi ilə ilk görüşümüzdə onların mənim üçün təlim-məşq toplanışı təşkil etmələrini istədim. Heç bir problem olmadığını söylədilər. Bir neçə detal vardı ki, onları dedim. İki gün keçməmiş bütün dediklərimi təşkil etdilər. Belə deyim, “Səbail-2”dəki günləri ən xoş hisslərlə xatırlaya bilərəm. Bu da mənim üçün bir sınaq idi. Kluba da bundan sonrakı işlərində uğurlar arzulayıram. Region Liqasında çıxış edən kluba getmək mənim üçün maraqlı gəldi. Çətinliklərdən qorxmayan biri kimi bu işi boynuma götürdüm. Rəhbər şəxslərin sözünə inanaraq, hər şeyin uzunmüddətli olacağını və mənə dəstək göstərəcəklərini bilərək təklifi qəbul etdim. Hər məşqçi öz prezidentini tapmalıdı. İnşallah, “Araz-Naxçıvan”da uğurlu olacağıq.

- “Araz-Naxçıvan”ın hədəfləri nədi?

- Region Liqasında yarımfinal mərhələsi üçün Bakıya gələcəyik. Burda yaxşı nəticələr əldə edib birinci diviziona vəsiqə qazanmaq əsas hədəfimizdi.

- Hazırda Region Liqasında vəziyyət necədi?

- Birinci pillədəyik. İki turdan sonra ciddi rəqibləqarşılaşacağıq. Qələbə qazanıb final mərhələsinə adlayacağıq.

- Təyinatınızdan bir neçə gün əvvəl Tanju Çolakın Naxçıvana səfəri baş tutdu. Klubda onunla bağlı ciddi layihə olduğu mediada yazılır. Bu haqda nə deyə bilərsiz?

- Bu, klub rəhbərliyinə aid olan məsələdi. Kimə nə təyinat veriləcəyi haqda dəqiq məlumatım yoxdu.

- Köməkçiləriniz bəllidi, yoxsa hələ düşünürsüz?

- Köməkçilərim hazırda “Araz-Naxçıvan”da çalışan məşqçilərdi. Yolumuza davam edəcəyik. Gələcəkdə necə olacağını bilmirik. Zamanla hər şey yerini tapacaq.

SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

12-05-2022, 20:0

Azər Bağırov “Xan Lənkəran”a mesaj göndərdi

Ölkə futbolu

1-05-2022, 11:0

“Araz Naxçıvan” Türkiyə klubunu üstələdi - ÖZƏL AÇIQLAMA

Ölkə futbolu / Manşet

1-05-2022, 18:0

“Araz Naxçıvan” Türkiyədə ikinci oyununa çıxdı - AÇIQLAMA

Ölkə futbolu / Günün xəbəri

5-05-2022, 16:0

“Araz Naxçıvan”ın Türkiyədəki oyunu yarımçıq dayandırıldı – ÖZƏL AÇIQLAMA

Aktual
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Son xəbərlər
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 22:03
    “İkinci çempionluğumuz ən yaddaqalan və çətindi” - Okan Burukun köməkçisi ayrılmağa yaxındı
  • Dünən, 21:29
    Bazanın yaxınlığında cəsəd tapıldı
  • Dünən, 20:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 20:28
    İngilislərin əşyaları necə yoxa çıxıb?
  • Dünən, 19:59
    Lebron Ceymsə məsləhət: “Leykers”i tərk et!
  • Dünən, 19:20
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Dünən, 18:20
    Milli komandada ciddi itki
  • Dünən, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Dünən, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Dünən, 16:57
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:27
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 15:56
    Avstraliyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi? - ''... bütün dünyaya göstərməyin zamanıdı''
  • Dünən, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Dünən, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Dünən, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Dünən, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Dünən, 14:07
    Bizim çempionatı onlar da bəyənmirlər
  • Dünən, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Dünən, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Dünən, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Dünən, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Dünən, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Dünən, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Dünən, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Dünən, 10:00
    Klubunda hamını arxada qoydu
  • Dünən, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Dünən, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • 12-06-2026, 23:0
    Yenə B seriyasında işləyəcək
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 238
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 232
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 210
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə