“Araz Naxçıvan”ın Türkiyədəki oyunu yarımçıq dayandırıldı – ÖZƏL AÇIQLAMA

5.05.2022 16:33 1 585
Ölkə futbolu / Günün xəbəri
Region Liqasının “4-lər finalı”nın hazırlığını Ərzurumda keçirən “Araz Naxçıvan” üçüncü yoxlama oyununa çıxıb.

Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırovun “Football-plus.az” saytına verdiyi məlumata görə, komandanın budəfəki rəqibi də “TFF Ərzurum yığması” olub. Lakin qarşılaşma 73-cü dəqiqədə dayandırılıb. Buna güclü yağış səbəb olub. Hava şəraiti düzəlmədiyinə görə matç davam etdirilməyib. Oyun dayandırılarkən “Araz Naxçıvan” hesabda 1:2 geridə olub.

Qeyd edək ki, komanda bu gün Naxçıvana qayıdır.

SƏNƏM FƏRHADOVA