PFL 50 faizlik limiti aradan qaldıracaq? - RƏSMİ AÇIQLAMA

10.03.2022 13:10
Aktual / Ölkə futbolu
Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul olunub.

Ölkə ərazsində bəzi qadağalar götürülüb ki, onlardan biri də idmanla bağlıdı. Martın 6-dan bütün kütləvi, o cümlədən idman tədbirlərinin keçirilməsinə icazə verilib.

Görəsən, yumşalmadan sonra PFL cari mövsümdə azarkeşlərlə bağlı tətbiq etdiyi 50 faizlik limiti aradan qaldıracaq? Bu suala cavab tapmaq üçün qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə müraciət etdik:

“Bildiyiniz kimi, qarşıdakı iki turdan sonra yığmanın təlim-məşq toplanışına görə premyer-liqada fasilə yaranacaq. Fasilə dönəmində bu məsələ müzakirə olunacaq. Qəbul olunacaq qərarla bağlı ictimaiyyətə məlumat veriləcək”.


RƏŞAD