Rusiya millisinin sabiq voleybolçusu Vadim Xamutskix 52 yaşında vəfat edib.
"Football-plus.az" saytının məlumatına görə, o, ürək tutması səbəbindən ötən gecə dünyasını dəyişib.
Qeyd edək ki, Vadim Xamutskix yığmanın heyətində Sidney-2000 Yay Olimpiya Oyunlarında gümüş, Afina-2004 və Pekin-2008-də isə bürünc medal qazanıb. O, həmçinin Dünya Kuboku, Dünya Liqasının qalibi, dünya çempionatının gümüş mükafatçısı (2002) olub. Xamutskix Avropa çempionatında 2 dəfə gümüş və 2 dəfə bürünc medalların sahibi olub.