• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Xavi “Barselona”da qalmağa qərar verdi - ona haqq qazandırmaq olarmı?

Dünya futbolu

30-04-2024, 12:0

O qalır! Bəli, Xavi bir müddət əvvəl “Barselona”nın baş məşqçi vəzifəsindən getməklə bağlı verdiyi qərarı dəyişdi.

Gəlin açıq danışaq – onun mövsüm bitəndən sonra vəzifəsindən gedəcəyi ilə bağlı açıqlamasıyla müqayisədə bu xəbər bizi daha az təəccübləndirdi. Və anlayırıq ki, indiki qərar artıq aktual olmayan birinci ilə müqayisədə daha yaxşıdı. Həmin qərardan başdan-ayağa emosiya yağırdı. Məsələn, baş məşqçi demişdi ki, komandası Çempionlar Liqasını qazansa belə, qərarından dönməyəcək. Xavi sonradan da bir neçə dəfə möcüzəvi təzyiq haqda danışmışdı və aydın olmuşdu ki, onun ciddi psixoloji problemləri var, yığılıb-yığılıb və hansısa məqamda “partlayıb”.

Eyni zamanda məşqçinin sarı və qırmızı vərəqələrini hesablayarkən, ekssentriklikdən və ya stressə davamlılığın olmamasından danışmaq axmaqlıqdı. Əksinə, emosional açıqlama verən Xavi qeyd etmişdi: o, qərarının futbolçuların üzərindəki təzyiqi aradan qaldıracağını və onları azad edəcəyini gözləyirdi. Və bu gediş işə yaradı! Nəticələrin kəskin yaxşılaşması baş məşqçi ilə komandanın xüsusi münasibətlərinin olması haqqında çox şey deyirdi. Bəzi kataloniyalı insayderlərin fikrincə, rəhbərliyin bir hissəsi Xavinin getməklə bağlı qərarına komandanın reaksiyasından şoka düşüb.

Onda bəzi futbolçular göz yaşını saxlaya bilməyib, sonrakı günlərdə futbolçular baş məşqçinin yanına gedərək soruşublar: qərarını dəyişməyin üçün nə edə bilərik? Komandanın kapitanı Serxi Roberto açıq şəkildə, ictimaiyyət önündə ondan qalmasını istəyib. Ancaq söhbət futboldan gedəndə nəticələr hərəkətlərdən yaxşı danışır - və bu, məğlubiyyətsiz 13 matçlıq bir seriyadı. Hə, ardından Arauxonun meydandan qovulması ilə şərtlənən ÇL-də PSJ-yə acı məğlubiyyət və De Yonqun növbəti zədəsini aldığı, məğlubiyyətlə müşayiət olunan “El Klasiko” da gördük.

Ancaq son nəticələr də ümumi mənzərəni və müsbət dinamikanı prinsipial şəkildə dəyişmədi. Yamal, Fermin Lopes və Kubarsinin şəxsində gənclər ildırım sürəti ilə tərəqqi edir. Çoxlarının hesabdan sildiyi Rafinya əməlli-başlı canlanıb. Kristian yeni mövqeyində - dayaq yarımmüdafiəçisi kimi hamını təəccübləndirir. Bəlkə də faciəvi zədə epidemiyası olmasaydı, yuxarıda sadalanlardan çoxu baş verməzdi. Ancaq bütün bunlar da onu göstərir ki, Xavi çətin şərtlər altında işləməyi bacarır, Qavi, Pedri, Balde və bir çox başqalarının yoxluğunda qeyri-adi qərarlar tapır.

Hətta bir qədər kinlə demək olar ki, 2021-ci ilin noyabrından “sükan arxasında” olan indiki baş məşqçi hansısa dərəcədə rəhbərlik üçün rahatdı. O, qətiyyən çevik deyil və yenə heyətin gücləndirilməsini tələb edəcək, Bernardo Silva ilə Dani Olmonun gəlişini arzulayacaq.

Söhbət Xavinin "Barselona"ya sadiqliyindən gedir ki, bu da çətin maliyyə şəraitində işləmək istəyini nəzərdə tutur. Əlbəttə, klub rəhbərliyi yeni forma təchizatçısı ilə rekord məbləğdə müqavilə vəd edir, lakin ortada hələ heç nə yoxdu. Əvəzində əməkhaqqı tavanı getdikcə aşağı düşür. Onu pozmağa görə sanksiyalar isə aradan qalxmayıb.

Bütün məsələlərin həll olunacağı və yayda nəinki yeni gələnlərə imza atdırmaq, həm də komandada olanlar üçün yeni müqavilələr imzalamaq üçün kimisə satmağa ehtiyac qalmayacağı haqda deyilənlər dəqiq deyil. Adı-sanı olan hansı yeni məşqçi belə şəraitdə işləməyə razılıq verər? Xavi isə başdan-ayağa kluba doğma simadı və bütün mətbəxi içəridən tanıyır. Təbii ki, mətbuat konfranslarında həyatdan gileylənəcək, ancaq eyni zamanda “Barselona” üçün hər şeyini verəcək.

Deyəsən, yanvardakı məlum emosional qərardan sonra o, mənəvi cəhətdən yenidən yükləndi. Başa düşdü ki, komandada və klubda tam dəstəyə malikdi. Bunu Xavinin getməməsi üçün hər şeyi edəcəyinə söz verən vitse-prezident Rafa Yuste açıq şəkildə ifadə etdi. Məhz Xavini baş məşqçi kimi görmək vədi ilə prezidentliyə can atan, onu layihəsinin mərkəzi fiquru sayan Xuan Laporta da daim baş məşqçinin yanında oldu. Və əlbəttə, şəxsi görüşdən sonra hər şeyi razılaşdırdılar. Ən azı ona görə ki, Xavi ilə “Barselona” - heç olmasa, indiki tarixi mərhələdə - bir-birinə lazımdı. Və bəlkə də uzun illər üçüb. Bəlkə də ötən il qazanılan çempionluq sonuncu deyil. Və bəlkə də məhz “Barselona” DNT-sinə malik Xavi Laportanın arzusunu yerinə yetirəcək, start heyətini yalnız “La Masiya”nın tələbələrindən quracaq.

Reallıqdan uzaq olan idilliyadı? Bəs niyə xəyal etməyəsən?! Əlbəttə, kimsə istehza ilə deyəcək ki, adam sözünün üstündə durmadı və yenidən emosiyalara uydu. Amma futbolun gözəlliyi də bu deyilmi?! Xüsusən də bu duyğular sevgi ilə yoğrulubsa. Xavi – “Barsa” sevgisi, heç şübhəsiz, qarşılıqlıdı!

Reaksiyalar
Xuan Laporta:

“Sevinc hiss ilə bildirirəm ki, Xavi “Barselona”nın baş məşqçisi vəzifəsində çalışmağa davam edəcək. Layihəmizin inkişafını davam etdirmək arzunda olmasıyla mənə arxayınlıq aşıladı. Sabitlik uğurlu layihələrin açarıdı. Xavi əsl barselonistdi. Onun bütün fikri-zikri “Barsa” haqqındadı”.

Xavi:
“Fikrimi dəyişdim. Ona görə ki, prezidentin və oyunçuların tam güvənini hiss etdim. Layihə hələ başa çatmayıb. Mən və korpusum hansısa vacib titula çatmaq üçün özümüzdə güc hiss edirik. Hər kəs bu kluba necə yanaşdığımı bilir”.

Karlo Ançelotti:
“Xavi “Barselona”da yaxşı işlər görür, bu klubu yaxşı tanıyır. Mənə elə gəlir ki, o, düzgün qərar verdi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-04-2024, 16:0

Xavi fikrini dəyişib?

Dünya futbolu

25-09-2023, 14:0

Xavi ilə bağlı məsələ rəsmiləşdi

Dünya futbolu

23-03-2024, 10:0

Xavi “2” aldı

Dünya futbolu

12-11-2023, 19:0

Xavi istefaya göndəriləcək?

Dünya futbolu

2-11-2022, 17:0

"Xavi “Barselona”ya keçdikdən sonra komanda inkişaf edib" - İniesta

Aktual
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Son xəbərlər
  • Bu gün, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Bu gün, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Dünən, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
  • Dünən, 17:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:57
    Nihat Kahvecinin və türk dünyasının göz yaşları... - DÇ təəssüratı
  • Dünən, 16:27
    Ayxan Hüseynov "Zirə"də
  • Dünən, 15:56
    "Xankəndi" üç futbolçu ilə yolları ayırdı
  • Dünən, 15:32
    UFC həyəcanı Dənizkənarı Bulvarda: açıq məşq və fan-zona təşkil olunacaq
  • Dünən, 15:13
    Azər Məmmədov yenidən "Kəpəz"in baş məşqçisi oldu
  • Dünən, 14:59
    Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
  • Dünən, 14:38
    "Real"ın yetirməsi "Araz-Naxçıvan"da
  • Dünən, 14:17
    "Turan Tovuz" Ayxan Hüseynovla vidalaşdı
  • Dünən, 13:56
    “Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
  • Dünən, 13:25
    Messi DÇ tarixinin ən məhsuldar oyunçusudu!
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 244
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 229
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 206
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 201
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə