Millimizin üzvü oynadı, komandası xal qazandı

30.04.2024 11:00 146
Dünya futbolu
Bolqarıstan çempionatında 31-ci turun oyunları keçirilib.

“Football-plus.az” xəbər verir ki, Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan, U-21 millimizin üzvü Cəlal Hüseynovun da formasını geyindiyi “Arda” səfərdə “ÇSKA 1948 Sofia”nın qonağı olub.

Cəlal Hüseynov meydana start heyətdə çıxıb və sona qədər oynayıb.

Görüş 1:1 hesabı ilə yekunlaşıb. “Arda” Çinonso Offorun qolu ilə fasiləyə üstün yollansa da, ikinci hissədə qələbəni əldən verib.

Bu nəticədən sonra Cəlalın komandası 40 xalla Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan 4 kollektiv arasında üçüncüdü. “ÇSKA 1948 Sofia” və “Botev” 44 xalla ilk iki yeri bölüşdürürlər.