DÇ-1966-nın qalibi vəfat edib.
"Football-plus.az" saytının məlumatına görə, söhbət "Liverpul"un və İngiltərə millisinin sabiq futbolçusu Rocer Hantdan gedir.
O, 83 yaşında dünyasını dəyişib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Hant 1958-69-cu illərdə "Liverpul"un şərəfini qoruyub və "mersisaydlılar"ın heyətində iki dəfə İngiltərə çempionu olub.