Beynəlxalq Şahmat Federasiyası yeni reytinq siyahısını açıqlayıb.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda qurumun rəsmi saytı xəbər paylaşıb.
İlk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov 2767 xalla 9-cu pillədəki yerini qoruyub. Teymur Rəcəbovun da mövqeyində dəyişiklik olmayıb. O, 2753 xalla 14-cü sırada qərarlaşıb.