Fransada gözlənilən hadisə baş verdi.
“Football-plus.az” xəbər verir ki, PSJ ardıcıl 3-cü, tarixinin 12-ci çempionluğunu vaxtından əvvəl təmin etdi. Özü də paytaxt klubunun çempionluğu “Monako”nun “Lion”a məğlubiyyətindən sonra rəsmiləşdi. “Şirlər” bu oyunda 3:2 hesabıyla qalib gəldi. Sona üç tur qalmış hesabında 58 xal olan “knyazlar” artıq PSJ-yə heç cür cata bilməz. Beləliklə, PSJ ölkənin ən titullu klubu imicini bir qədər də möhkəmləndirdi. “Sent-Etyen”in 10, “Marsel”in 9, “Monako” ilə “Nitsa”nın hərəyə 8 çempionluğu var.
PSJ – “Havr” oyunu “qol yağışı”na səhnə oldu. Komandalar hərəyə üç qol vurdu. Daha dəqiqi, son 12 dəqiqəyə 1:3 geridə başlayan parislilər möcüzə sayəsində məğlubiyyətdən qurtuldu. Onların bərabərlik qolunu 5-ci uzatma dəqiqəsində Ramuş vurdu.
“Renn” – “Brest” oyununda isə 6-dan da artıq – 9 qol vuruldu. 90+7-ci dəqiqədə qələbə topunu vuran “Brest” 3-cü pilləni, deməli, həm də ÇL-ə birbaşa qatılmaq şansını qorudu. Baxmayaraq ki, “Renn” bu oyunun 9-cu dəqiqəsində artıq 2:0 öndə idi. “Lill” ilə “Nitsa”nın əzmkar qələbələrini də qeyd etməyə dəyər. “Şimallı itlər” səfərdə “Mets”dən, “Nitsa” isə “Strasbur”dan üstün oldu. Avrokuboklara vəsiqəyə can atan “Marsel” turun sonuncu oyununda “Lans”ın müqavimətini qıra bildi. Qalan oyunlara gəlincə, evdə “Reyms”i darmadağın edən “Klermon” elitada qalmaq uğrunda mübarizəyə gərginlik qatdı. Paskal Qastyenin komandası sonuncu pillədə qalsa da, özündən əvvəlki “Loryan”la xal fərqini 1-ə endirdi. “Loryan” özü evdə “Tuluza”ya uzdu. Nəhayət, “Monpelye” – “Nant” oyununda məhsuldar heç-heçə qeydə alındı.
31-ci tur
PSJ – Havr 3:3
Barkola, 28. Hakimi, 78. Ramuş, 90+5 – Operi, 19. Ayyu, 38. Ture, 61-p. (46000)
PSJ: Navas, Hakimi, Markinyos (Şkrinyar, 62), Pereyra, Beraldo, Vitinya, Zair-Emeri, Dembele (K.Mbappe, 46), Asensio (Li Kan İn, 46), Barkola (Maulu, 46), Kolo Muani (Ramuş, 62).
Lion – Monako 3:2
Lakazett, 22. Benrahma, 26. Fofana, 84 – Ben Yedder, 1; 60. (55539)
Monako: Mayetski, Vanderson (Uattara, 46), Kerer, Maripan (Salisu, 46), Diatta, Akliuş, Fofana, Zakariya, Minamino, Ben Yedder, Baloqun (Embolo, 46).
Renn – Brest 4:5
Kalimuendo, 4; 9. Teate, 68. Terrye, 79 – Munye, 11. Omari, 48-öz qapısına. Satriano, 54. Kamara, 66. Brasye, 90+7. (28527)
Brest: Bizot, Lala, Brasye, Şardonne, Loko, Lis-Melu, Maqnetti (Dumbiya, 76), Satriano (Pereyra Laqe, 76), Kamara (Marten, 70), Del Kastilyo (Le Duaron, 90+4), Munye.
Mets – Lill 1:2
Mikautadze, 23-p. – İsmaili, 31. Yazıcı, 44. (24728)
Lill: Şevalye, Santuş, Diakite, Aleksandro, İsmaili, Qomes, Bentaleb, Yazıcı (Haraldsson, 77), Kabella (Moraiş, 88), Jeqrova (Qudmundsson, 87), Devid.
Klermon – Reyms 4:1
Çam, 31-p.; 55-p. Raşani, 79; 90 – Nakamura, 33. (8713)
Loryan – Tuluza 1:2
Ponso, 19 – Dallinqa, 59. Sissoko, 83. (16125)
Strasbur – Nitsa 1:3
Bakva, 18 – Gessand, 44-p. Dante, 52. Sanson, 84. (25181)
Monpelye – Nant 1:1
Adams, 2 – Ablin, 7. (17331)
Marsel – Lans 2:1
Obameyanq, 1. Geye, 85 – Said, 77. (59490)
1. PSJ 31 20 10 1 76-29 70
2. Monako 31 17 7 7 58-41 58
3. Brest 31 16 8 7 49-33 56
4. Lill 31 15 10 6 45-27 55
5. Nitsa 31 14 9 8 36-25 51
6. Lans 31 13 7 11 40-34 46
7. Marsel 31 11 11 9 47-38 44
8. Lion 31 13 5 13 42-51 44
9. Renn 31 11 9 11 48-41 42
10. Tuluza 31 10 10 11 38-40 40
11. Reyms 31 11 7 13 38-45 40
12. Monpelye (-1) 31 9 11 11 39-43 37
13. Strasbur 31 9 9 13 34-44 36
14. Nant 31 9 5 17 29-49 32
15. Havr 31 6 11 14 30-41 29
16. Mets 31 8 5 18 32-51 29
17. Loryan 31 6 8 17 37-61 26
18. Klermon 31 5 10 16 25-50 25
Bombardirlər: K.Mbappe (PSJ) – 26, Devid (Lill) - 17, Lakazett (Lion) – 16, Obameyanq (Marsel) – 14.
Növbəti turun oyunları mayın 3-6-sı aralığında keçiriləcək: Tuluza – Monpelye, Lans – Loryan, Havr – Strasbur, Monako – Klermon, Mets – Renn, Brest – Nant, Lill – Lion.
Turun rəqəmi
700 – PSJ 2011-ci ilin mayında “Qatar Sports Investments” fondunun himayəsinə keçəndən bəri 700-cü oyununu keçirdi. Paytaxt klubu bu müddətdə bütün turnirlərdə 494 qələbə qazanıb, 116 oyunda heç-heçə edib, 90 dəfə uduzub, 9 dəfə ölkənin ən güclüsü olub.
Turun ulduzu
Aleksandr Lakazett (Lion) – təcrübəli hücumçu “Monako” üzərindəki vacib qələbənin memarı oldu. Bu qələbə “şirlər”i “avrokubok zonası”na yaxınlaşdırdı. Lakazett 22-ci dəqiqədə hesabı bərabərləşdirdi, 84-cü dəqiqədə isə Fofanana ideal ötürmə ilə təkbətək çıxardı.
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi: