Lorenso İnsiyne Rusiyada çıxış etməkdən imtina edib.
“Football-plus.az” saytının məlumatına görə, hücumçu üçün “Zenit” 30 milyon avro təklif edib və "Napoli" rəhbərliyi bu keçidə razı olub. Lakin İnsiyne Rusiya təmsilçisinin təklifini rədd edib. 30 yaşlı futbolçu daha elit klubda oynamaq istədiyini bildirib.
Qeyd edək ki, italyalı oyunçu ilə “İnter” və “Tottenhem” yaxından maraqlanır.