“Sassuolo”nun Manuel Lokatelli ilə 2023-ə kimi müqaviləsi olsa da, Avropa çempionu daha böyük klubda çıxış etmək istədiyini rəhbərliyə bildirib.
“Football-plus.az” saytının məlumatına görə, yarımmüdafiəçi üçün A Seriyasının bir neçə iddialı təmsilçisi ilə yanaşı, İngiltərə “Arsenal”ı da rəsmi danışıqlar aparıb. Lakin 23 yaşlı futbolçu “topçular”ın təklifinə müsbət yanaşmayıb və əsas istəyinin “Yuventus”da oynamaq olduğunu bildirib.
“Zebralar”ın rəhbərliyi Lokatelli üçün “Sassuola”ya bonuslarla birgə 30 milyon avro rəsmi təklif göndərib. Lakin yarımmüdafiəçi üçün tələb olunan məbləğ 40 milyon olduğundan keçid yenə də baş tutmayıb. “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri italyan oyunçunun xidmətində israr etdiyinə görə iki klub rəhbərliyinin yaxın zamanda yenidən danışıqlar masasına oturacağı gözlənilir.