''Beşiktaş''da uzun müddətdi Adəm Lyayiçlə yaşanan gərginlik onun əsas komandadan kənarlaşdırılması ilə nəticələnib!

Klubdan verilən rəsmi məlumatda qeyd olunub ki, baş məşqçi Sərgən Yalçının qərarı ilə təcrübəli serbiyalı yarımmüdafiəçi bundan sonra fərdi şəkildə məşq edəcək. Hazırda Lyayiçdən başqa Cermeyn Lens ilə Duqlas da eyni aqibəti yaşamaqdadı. Bu futbolçular da ayyarımdan çoxdu fərdi məşq edir. Problem yaradan məqam onların məvacibinin böyük olmasıdı. ''Beşiktaş'' bu lazımsız oyunçulardan, həm də onlara maaş ödəmək yükündən qurtulmaq istəsə də, futbolçular İstanbulda qazandıqlarını başqa heç yerdə qazana bilməyəcəklərini anlayaraq ayrılmaq istəmirlər.

Qeyd edək ki, daha öncə ''Fiorentina'', ''İnter'', ''Roma'' kimi klublarda oynamış və 2018-də ''Beşiktaş''a 6,5 milyon avroya transfer olunmuş 29 yaşlı futbolçu İstanbul nəhəngində ilə 3,2 milyon avro qazanır. Onun ''ağ-qaralar''la müqaviləsi gələn ilin iyunun sonunda başa çatacaq. Serbiyalı bir müddət öncə ''Bolonya'', ''Torino'' və başqa klublardan gələn təkliflərin hamısını rədd etmişdi. Başqa sözlə desək, bu oyunçu oynayıb az qazanmaqdansa, ''yatıb'' çox qazanmağa üstünlük verib. Lyayiç indiyə qədər ''Beşiktaş''da 85 rəsmi oyuna çıxaraq 18 qol, 26 məhsuldar ötürməylə yadda qalıb.

Əsas komandadan kənarlaşdırılmasının ardından Lyayiçin paylaşımı diqqət çəkib. O ''itə 3 gün yemək ver, 3 il bunu xatırlayacaq. Amma insana 3 il yemək ver, 3 günə bunu unudacaq'' paylaşımı ilə rəhbərliyə mesaj göndərib.

Son xəbərlər

Braziliyalı müdafiəçi Azərbaycan premyer-liqasında çıxış edə bilər - İDDİA

"Xarakter göstərdik"

Muravski: "Bizim üçün vacib olan kritik anda ayağa qalxmaq və hücum etmək idi"

"Neftçi" Boluda ilk matçına çıxır - YENİLƏNİR

"Qarabağ"ın məğlub olduğu oyun - VİDEO

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

Bütün xəbərlər