Rusiyanın Ukraynaya hərbi təcavüzü bu ölkənin idmanına növbəti zərbələri qaçılmaz edib.
"Football-plus.az" saytının məlumatına görə. Premyer-liqanın oyunları artıq İspaniyada yayınlanmayacaq. Bu haqda “La Liga Sports TV”nin mətbuat xidməti xəbər yayıb. Telekanal Rusiya çempionatının yüksək liqasının oyunlarını İspaniyada işıqlandırmayacağını bəyan edib.
Qeyd edək ki, Rusiya premyer-liqası “La Liga Sports TV”nin qərarına qədər dünyanın 105 ölkəsində yayınlanırdı. Ukrayna ilə müharibə səbəbindən İngiltərə, Fransa, Portuqaliya və Şotlandiya çempionatlarının Rusiyada yayını dayandırılıb.
“La Liga Sports TV” Rusiya çempionatından imtina etdi
Dünya futbolu

