“Bavariya”nın rəhbəri Karl-Haynz Rummeniqqe AVRO-2020-nin taleyi haqda danışıb.“Futbol+” xəbər verir ki, almaniyalı futbol funksioneri turnirin bir ölkədə keçirilməsinin tərəfdarı olduğunu bildirib:
“Bilirəm ki, Aleksandr Çeferin COVİD-19 pandemiyasını ciddiyə alır. AVRO-2020-ni bir ölkədə keçirtməyi düşünməlidi. Bu, bütün təhlükəsizlik tədbirlərinin görülməsi üçün əsas şərtlərdəndi. Gəlin unutmayaq ki, turnirin bir ölkədə keçirilməsini pandemiyadan qabaq da bir çox ölkələr istəyirdilər”.