UEFA AÇ-2020-nin final mərhələsinə azarkeş marağı ilə bağlı statistika açıqlayıb.
Qitə futbol qurumunun məlumatında bu yay keçirilən turnirin ən baxımlı yarışlar sırasına daxil olduğu və teleyayın üzrə rekordu yenilədiyi qeyd edilir.
Turnirin oyunlarını canlı izləyənlərin ümumi sayı 5,2 milyarda bərabər olub. İngiltərə və İtaliya yığmaları arasında keçirilən final matçını 328 milyon azarkeş izləyib. Yeri gəlmişkən, AÇ-2016-nın finalının (Portuqaliya – Fransa 1:0) teleauditoriyası da təxminən bu rəqəmə bərabər olmuşdu.
Bakının da təşkilatçılarından olduğu və 11 müxtəlif ölkədə keçirilən son qitə birinciliyində hər matçın orta teleauditoriyası 100 milyon izləyicidən çox olub.