Moskva "Spartak"ının sabiq qapıçısı Sergey Çernuşik karyerası ilə bağlı maraqlı xatirələrini bölüşərkən 2012/13 mövsümündə "Barselona" ilə Çempionlar Liqasının qrupunda baş tutan oyunu da yada salıb. Sergey həmin vaxt Rusiyanın ən titullu komandasının heyətində yer alan Emin Mahmudovla bağlı da danışıb. Sən demə, yığmamızın və “Neftçi”nin yarımmüdafiəçisi 2012-ci il noyabrın 20-də Moskvada baş tutan qarşılaşmanın (0:3) fasiləsində “Barsa”nın kapitanının diqqətini çəkibmiş: "Mahmudovun zərbəsini Xavinin necə qiymətləndirdiyini yaxşı xatırlayıram. Ehtiyatda oturan oyunçular fasilədə meydanda məşq edirdilər. Komanda artıq meydana çıxırdı. Son zərbəni Emin vurdu. Güclü zərbə idi. "Barselona"nın heyətində meydana ilk çıxan Xavi həmin zərbəni gördü və başını yelləyərək, Eminə baş barmağı ilə "əla" işarəsi göstərdi".
Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən "Neftçi"nin formasını geyir.