Premyer-liqanın 5-ci turunda səfərdə “Sabah”ı 2:1 hesabı ilə məğlub edən “Neftçi”nin kapitanı Emin Mahmudov son dəqiqələrdə zədələndi.
29 yaşlı yarımmüdafiəçi əvəzlənməsə də, görüşün sonlarında axsayırdı. Mətbuat konfransında isə “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov futbolçunun durumunun bəlli olmadığını dilə gətirdi.
Emin Mahmudovun vəziyyətinə aydınlıq gəlib. Bu haqda “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev “Football-plus.az” saytına açıqlama verib: