"Barselona" Xavi Ernandes ilə anlaşa bilib.
"Football-plus.az" saytının məlumatına görə, Kataloniya təmsilçisi Ronald Kumanla yolları ayıran kimi vaxt itirməyib. Klub sabiq oyunçusu Xavi ilə razılıq əldə edib. Çalışdırıcının təyinatı milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra həyata keçəcək. Onun debütü İspaniya çempionatının 14-cü turunda "Espanyol" ilə görüşdə baş tutacaq.
Qeyd edək ki, Xavi 2019-cu ildən "Əl-Sədd"in "sükanı arxasındadı".