“Qarabağ”ın zədəli futbolçusu Elvin Cəfərquliyev fərdi fiziki məşqlərə başlayıb.
"Football-plus.az" xəbər verir ki, futbolçu bununla bağlı videosunu sosial şəbəkə hesabında paylaşıb.
Xatırladaq ki, Cəfərquliyev ayağından aldığı ciddi zədə səbəbindən bu ilin sentyabrın əvvəllərində Finlandiyada əməliyyat olunub. Həmin vaxt klub tərəfindən verilən rəsmi açıqlamada onun ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi.
Elvin fərdi fiziki məşqlərə başladı
Ölkə futbolu





