Urfan Abbasovun yeni klubu

29.05.2024 14:12 150
Ölkə futbolu
Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” ilk transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, Urfan Abbasov heyətə cəlb edilib.

32 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Son klubu “Qəbələ”olan Urfan Abbasov “Səbail” və millimizdə çıxış edib.