“Zəngəzur” Yunanıstan klubu ilə heç-heçə edib

14.09.2023 11:55 231
Ölkə futbolu
“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokuna ikinci oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, A qrupunda yer alan Azərbaycan təmsilçisi Yunanıstan klubu TMT ilə qarşılaşıb.

“Zəngəzur” matçın gedişində 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Görüş heç-heçə başa çatıb - 3:3.

Azərbaycan komandası qrupda növbəti matçını Çexiyanın “Veşka Olomuç” klubuna qarşı keçirəcək. Bu gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Zəngəzur” ötən gün qrupun ilk turunda Bolqarıstan təmsilçisi “Qalaktiko Vratsa”ya 2:0 hesabı ilə qalib gəlib.