Klubundan yeni təklif alacaq

9.04.2025 00:15 5
Dünya futbolu
Rafinyanın “Barselona”da daha uzun müddət oynamaq imkanı var.

"Football-plus.az" xəbər verir ki, rəhbərlik ona yeni müqavilə təklif etməyi planlaşdırıb. Bu mövsümü əla keçirən braziliyalı hücumçunun mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.

İspaniya klubunun onunla anlaşmanın müddətini artıracağını “Todofichajes” saytı xəbər verib.

Rafinya bu mövsüm komandada meydana çıxdığı 28 oyunda 13 qolun və 8 məhsuldar ötürmənin müəllifi olub.