Klubu ilə yenidən anlaşdı

1.09.2025 23:09 12
Dünya futbolu
Moyze Ken klubundan aldığı yeni təklifi müsbət cavablayıb.

"Football-plus.az" xəbər verir ki, o, “Fiorentina” ilə müqaviləsinin müddətini 2029-cu ilin yayına qədər artırıb. 25 yaşlı hücumçu Florensiya klubunda 2024-cü ildən oynayır. Moyze ötən mövsüm komandanın ən yaxşı bombardiri olub: meydana çıxdığı 44 oyunda 25 qol vurub.

İtaliya yığmasının oyunçusu bu mövsüm A seriyasında keçirdiyi ilk oyunda iki məhsuldar ötürmənin müəllifi olub.