"Footbal-plus.az" xəbər verir ki, ispan mütəxəssis matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Erlinq Haaland haqda fikirlərini bildirib. O, norveçli hücumçunu Lionel Messi ilə müqayisə edib:
"Erlinq Haaland Lionel Messi kimi hər matçda qol vurur. Ancaq Haalanda qol vurmaq üçün bütün komanda kömək edir. Messi isə bunu təkbaşına edirdi. Bütün oyunçularımız bir-biriləri üçün mübarizə aparır. Hər kəs komanda yoldaşının qaçdığını görəndə daha çox qaçmaq üçün səy göstərir. Son illərdəki uğurlarımızın sirri bir-birimiz üçün oynamağımızdı".


