"Quba" heyətini yeni basketbolçu ilə gücləndirib

22.09.2024 15:12 138
İdman
"Quba" basketbol klubu növbəti transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, şimal təmsilçisi ABŞ-li Kameron Consla anlaşıb.

O, yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb

1999-cu il təvəllüdlü basketbolçu karyerası ərzində "McNeese State University", "Jacksonville ST University", "South Carolina ST University" komandalarında oynayıb. "Quba" Kamerona qədər Malik Raşad Hant, Davonte Kraven, Simeon Kirklan kimi legionerləri heyətinə qatıb.