La Liqanın tarixinə düşdü

4.11.2025 10:44 7
Dünya futbolu
İspaniya La Liqasının 11-ci turunda “Sevilya” üzərində qələbə (3:0) Antuan Qrizmann üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, rəqib qapısına yol tapan “Atletiko”nun fransalı hücumçusu çempionatdakı 200-cü qolunu vurub. O, La Liqada bu saya çatan 6-cı legionerdi.

Qrizmanndan əvvəl La Liqada yalnız 5 əcnəbi futbolçu 200 qol vurmuşdu: onlar Alfredo Di Stefano (Argentina, 227 qol), Uqo Sançes (Meksika, 234), Kərim Benzema (Fransa, 238), Kriştiano Ronaldo (Portuqaliya, 311) və Lionel Messi (Argentina, 474).