Messinin göstəricisini təkrarladı

16.12.2024 19:24 318
Dünya futbolu
Ferran Torres Çempionlar Liqasında Lionel Messinin göstəricisini təkrarlayıb.

“Barselona”nın oyunçusu buna Dortmund “Borussiya”sı ilə matçda iki qol vurmaqla nail olub. Torres klubun tarixinə turnirdə meydana çıxandan sonra dubl edən 4-cü futbolçu kimi düşüb.

Ferrandan əvvəl belə göstəriciyə “Şaxtyor”la matçda Lionel Messi (2018-ci il), “Bayer-04”lə matçda Kristian Telyo (2012) və BATE ilə oyunda (2015) İvan Rakitiç nail olmuşdu.