Portuqaliya yığmasının düşərgəsini tərk etməklə qalmaqala səbəbkar olan Kriştiano Ronaldo əsas hədəfinə doğru daha bir addım atıb.
"Football-plus.az" xəbər verir ki, karyerasında 1000 qol həddinə çatmağa can atan portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatında daha bir qol vurub. “Əl-Nəssr”in 41 yaşlı hücumçusu 8-ci turun “Əl-Diriyə” ilə oyununda qapıya yol tapıb. Bu, Kriştianonun parlaq karyerasına 980-ci qol kimi düşüb. Matç “Əl-Nəssr”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Ronaldo karyerası ərzində Portuqaliya yığmasında 146, klub səviyyəsində isə 834 qol vurub. 2023-cü ilin yanvarından “Əl-Nəssr”də çıxış edən futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.
Yığmadan qaçan Ronaldo: 1000-ə 20 qol qaldı
Dünya futbolu






