"Sabah" "Mingəçevir"i darmadağın etdi - 9:1!

17.01.2026 23:12 29
Ölkə futbolu
Qış hazırlığını Bakıda davam etdirən “Sabah” bu gün ikinci yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, “bayquşlar” Masazırda 1-ci liqa təmsilçisi “Mingəçevir”lə qarşılaşıb.

“Bank Respublika Arena”nın ehtiyat meydançasında keçirilən görüş saat 15.30-da başlayıb. Oyun “Sabah”ın 9:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, qəsəbə təmsilçisi bundan əvvəlki yoxlama matçında “Şamaxı”nı 2:0 hesabı ilə məğlub etmişdi.