Bu gün yerli futbol ictimaiyyətinin qəlbi növbəti dəfə "Sabah" ilə döyünəcək. Ona görə ki, "bayquşlar" Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda Dortmund "Borussiya"sını qəbul edəcək.
Bilindiyi kimi, matçın favoriti Almaniya təmsilçisidi. İstənilən cəhətdən rəqibindən üstün olan "sarı-qaralar"ı hazırda qələbədən başqa nəticə maraqlandırmır. Bizim arzumuz isə Valdas Dambrauskasın komandasının xal qazanmasıdı.
Artıq bukmekerlərin bu oyunla bağlı əmsalları da açıqlanıb. "Football-plus.az" "Misli.az"a istinadla həmin əmsalları diqqətinizə çatdırır.
"Sabah"ın qələbəsi - 7,92
Heç-heçə - 5,51
"Borussiya"nın qələbəsi - 1,28
Xatırladaq ki, BOS-da keçiriləcək qarşılaşma saat 20.45-də start götürəcək.
KƏNAN BAHADIR
1 xal 5, 3 xal 8 qat qazanc! - "Sabah" - "Borussiya" oyununa mərc edənlər varlanacaq?
Avrokuboklar





