“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq

29.03.2026 21:23 16
Ölkə futbolu
“Qarabağ” xanım azarkeşləri üçün növbəti dəfə maraqlı təşəbbüslə çıxış edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, vacib qarşılaşmada komandaya dəstək olmaq istəyən xanım azarkeşlər üçün stadiona giriş ödənişsiz olacaq:

"Azərbaycan Kubokunun yarımfinal turu çərçivəsində “Sabah” ilə keçiriləcək ev oyunumuzda komandamızı dəstəkləmək istəyən xanım azarkeşlərimiz üçün giriş tamamilə pulsuzdu".

Qarşılaşma aprelin 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.