Hakan Çalhanoğlunun yaşıl meydana olan bir aylıq həsrəti sona çatıb.
"Football-plus.az" xəbər verir ki, “İnter”in yarımmüdafiəçisi zədəsini sağaldıb. O, İtaliya çempionatının növbəti turunda meydana çıxmağa hazırlaşır.
“Goal” nəşrinin məlumatına görə, təcrübəli futbolçu artıq komanda ilə ümumi məşqdə iştirak edib. Onun oktyabrın 10-da “Parma”ya qarşı keçiriləcək matçda “İnter”in start heyətində oynayacağı gözlənilir.
Hakan sentyabrın 8-də Çempionlar Liqasında “Real” ilə keçirilən oyunda (1:2) sağ budundan zədə almışdı.
Bir aylıq həsrəti sona çatdı
Dünya futbolu





