"Atletiko" La Liqanın 5-ci turunda "Selta" ilə qarşılaşıb.Görüş Madrid təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu matç Dieqo Simeonenin klubun baş məşqçisi kimi La Liqada 407-ci oyunu olub. O, Luis Araqonesin rekordunu təkrarlayıb.