“Atletiko”nun hücumçusu Antuan Qrizmann yeni rekorda imza atıb.
"Football-plus.az" xəbər verir ki, o, La Liqanın 12-ci turunda “Levante” ilə oyunda (3:1) dubl edib. Fransalı futbolçu baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında La Liqada 138-ci qolunu vurub.
“SportsCenter”in məlumatına görə, Qrizmann Xosep Qvardiolanın rəhbərliyi altında “Barselona”da 137 qol vuran Lionel Messinin rekordunu yeniləyib.
Antuan bu mövsüm “Atletiko”nun formasında 19 oyun keçirib və 6 qol vurub.