Ötən gün də şəhərdə futbol ab-havası hiss olunub. Belə ki, “Kəpəz” hl azarkeşlər önündə açıq məşqə çıxıb. Komandanın hazırlıq prosesini izləməyə gələnlər arasında “Xəmsə” fanklubunun 200-dən artıq üzvü də yer alıb.
Bəs məşqi rahat izləməyə şərait yaradılıb? Bəlkə hansısa “Qarabağ” azarkeşi gəncəlilərin arasına girib, oyunöncəsi son məşqi çəkdi?
“Football-plus.az” bu suallara cavab tapmaq üçün “Xəmsə” fanklubunun rəhbəri Müşfiq Məmmədovla əlaqə saxladı:
“Biz daha öncədən oyuna hazırlıq görmək üçün ordaydıq. Daha sonra məşqə yol aldıq. Heç kim bizə mane olmadı. Məqsəd də bəlli idi. Dəstək üçün ordaydıq. Aramıza kiminsə sızması mümkün deyildi. Çünki biz bir yerə toplaşıb, getmişdik”.
İSRAYIL XEYRULLAYEV





