“İlk buraxılan qol bizi büdrətdi” - Yuri Maksimov

22.11.2026 16:58 0
Ölkə futbolu / Manşet
Premyer-liqanın 12-ci turunda “Araz-Naxçıvan” Şamaxıda "Neftçi"yə uduzdu - 1:3.

"Qırmızı-ağlar”ın baş məşqçisi Yuri Maksimov oyundan sonra jurnalistlər önünə çıxdı:

– Bilirdik ki, çempionatın liderinə qarşı oynayacağıq. Buna görə də çalışırdıq ki, topa daha çox nəzarət edək. Lakin buraxdığımız ilk qol bizi büdrətdi. Bundan sonra hesabı bərabərləşdirmək üçün imkanlar axtardıq. Futbol təkcə 11 nəfərlə oynanılmır. Heyətimizdə zədəli futbolçular var idi. Bu səbəbdən bəzi gənc oyunçularımıza da şans verməli olduq.

– Mohammed Maranın durumu nə yerdədi?
– Onun vəziyyəti ilə bağlı dəqiq məlumatı həkimlərin rəyindən sonra biləcəyik.

– Bəs Ağadadaş Salyanskinin durumu necədi? Niyə bu gün meydana çıxmadı?
– Ağadadaş icarə əsasında komandamızda çıxış edir. Müqavilə ilə “Neftçi”yə məxsus olduğu üçün bu qarşılaşmada iştirak edə bilmədi. Eyni vəziyyət Abdulla Rzayevə də aiddi. O da növbəti turda “Sabah”la keçiriləcək görüşü buraxacaq.

İSRAYIL XEYRULLAYEV