Andreyeva Yekun turnirin qalibi oldu

22.11.2026 14:45 0
İdman
ABŞ-nin İndian-Uells şəhərində keçirilən, 10 milyon dollar mükafat fonduna malik qadınlar arasında illik Yekun turnir bazar günü başa çatdı. Finalda Rusiya və Ukrayna təmsilçiləri – Mirra Andreyeva ilə Elina Svitolina qarşılaşdı.

"Football-plus.az" xəbər verir ki, 19 yaşlı Andreyeva 1 saat 49 dəqiqə davam edən görüşdə qələbə qazanmaqla karyerasında ilk dəfə WTA-in Yekun turnirinin qalibi oldu. Turnirin sponsorları Andreyevaya “Mersedes” bağışladı. Final matçı bitəndən sonra tennisçilər bir-birinin əlini sıxmadı. Ukrayna ilə Rusiya arasında müharibə getdiyini nəzərə alsaq, təəccüblənməyə dəyməz.

Turnirdə adıçəkilənlərlə yanaşı, Kori Qauff, Cessika Pequla, Linda Noskova, Marta Kostyuk, Arina Sobolenko və Karolina Muxova da iştirak edirdi.
Andreyeva (Rusiya, 3) – Svitolina (Ukrayna, 6) 7:5, 6:3