Türkiyə çempionatının 12-ci turunda ''Qalatasaray'' ''Samsunspor''u qəbul etdi.
''İstanbul BŞ''yə məxsus ''Fatih Terim'' stadionunda keçirilən oyunda ''Cim-Bom'' Lukas Torreyra və Yunus Akgünün qolları ilə 2:1 hesablı qələbə qazandı. İstanbul nəhəngi Türkiyə çempionatı çərçivəsində evdəki məğlubiyyətsiz seriyanı 42 oyuna yüksəltməklə (34 qələbə, 8 heç-heçə) bu göstəricidə şəxsi rekordunu yenilədi. Ancaq oyunun sonlarında İstanbul nəhəngi üçün qanqaraldıcı və qəribə bir olay yaşandı.
Final fitindən sonra baş məşqçi Okan Buruk meydanı tərk etmək üzrə olan hakimlərə yaxınlaşaraq yalnız yan xətt hakimininin əlini sıxdı. Əsas hakim Əli Şansalanın isə əlini sıxmadı. Bunu görən Şansalan 1 saniyə ərzində Buruka əvvəlcə sarı, sonra qırmızı vərəqə göstərdi. Növbəti tur isə ''Qalatasaray''ı ''Beşiktaş''la oyun gözləyir. Bu da o deməkdi ki, Buruk prinsipial derbidə komandasının başında yer almayacaq.
Hərçənd ''sarı-qırmızılar''ın bu qərara etiraz edəcəyi məlum olub. Başqan vəkili Maruf Günəş Əli Şansalanı Okan Buruka göstərdiyi qırmızı vərəqəyə görə tənqid edərək apellyasiya verəcəklərini bildirib.
Okan Buruk derbidə ''Qalatasaray''ın başında olmayacaq!
Dünya futbolu



