Elçin Səmədli "Benfika"nın oyununa təyinat aldı

22.11.2026 13:01 0
İdman
Futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində Azərbaycan təmsilçisi də iştirak edəcək. Hakim-inspektor Elçin Səmədli qitənin nüfuzlu klub turnirində növbəti təyinatını alıb.

"Football-plus.az" xəbər verir ki, həmyerlimiz Litvanın “Kauna Jalgiris” və Portuqaliyanın “Benfika” komandaları arasında keçiriləcək qarşılaşmada hakim-inspektor funksiyasını yerinə yetirəcək.

Noyabrın 23-də Litvanın Kaunas şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.

Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Elçin Səmədli onların fəaliyyətini qiymətləndirəcək.