“Real”da ciddi itki

20.11.2025 21:37 14
Dünya futbolu
“Real”ın braziliyalı müdafiəçisi Eder Militao zədələnib.

"Football-plus.az" xəbər verir ki, tibbi müayinə nəticəsində 27 yaşlı futbolçunun sağ ayaq əzələsində zədə aşkarlanıb.

Braziliya millisinin futbolçusu Tunis yığması ilə keçirdiyi yoldaşlıq görüşündə zədələnərək matçın 60-cı dəqiqəsində əvəzlənib. Onun sıraya nə vaxt dönəcəyinə geniş müayinədən sonra aydınlıq gələcək.