"Xilasedici" kişi voleybol komandası bu gün CEV Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan təmsilçisi doğma meydanda Sloveniyanın “ACH Volley Lyublyana” klubu ilə qarşılaşacaq.
Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq görüş saat 18.00-da başlayacaq.
Komandalar arasında cavab matçı noyabrın 26-da Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək.
“Xilasedici” əvvəlki mərhələdə Portuqaliyanın “Sportinq” klubunu mübarizədən kənarlaşdırıb.
“Xilasedici” Sloveniya təmsilçisi ilə üz-üzə - Çempionlar Liqası
İdman





