Millimizin kapitanı "Xilasedici"də

12.07.2025 14:53 2
İdman
Kişi voleybolçular arasında Azərbaycan çempionatının bürünc mükafatçısı "Xilasedici" heyətini gücləndirməyə başlayıb.

"Football-plus.az" xəbər verir ki, komanda millimizin kapitanı Vüqar Bayramovu transfer edib.

O, son mövsümü "Murov Az Terminal"da keçirərək çempionatın gümüş mükafatçısı olub.

Qeyd edək ki, ölkə kubokunun sahibi olan "Xilasedici" yeni mövsümdə avrokuboklarda çıxış edəcək. Klub Çağırış kubokunda iştirak üçün müraciət edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul