Millimiz FİFA reytinqində gerilədi

3.04.2025 11:52 9
Ölkə futbolu
Millimiz FİFA reytinqində iki pillə geriləyib.

"Football-plus.az" xəbər verir ki, Fernando Santuşun baş məşqçisi olduğu kollektiv hazırda 1160 xalla 119-cu sırada qərarlaşıb. Buna yığmanın beynəlxalq yoldaşlıq oyunlarında Haiti (0:3) və Belarusa (0:2) uduzması səbəb olub.

Qeyd edək ki, son dünya çempionu Argentina (1886.16) birinci pillədə qərarlaşıb. Bir mövqe irəliləyən İspaniya (1854.64) ikinci sıradadı. Yığmamızın DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Fransa (1852.71) üçüncü sıraya düşüb. Ukrayna (1559.81) 25-ci yerdə qalıbsa, dörd pillə geriləyən İslandiya (1336.55) 74-cü yerdədi.