Millimizin FİFA reytinqində mövqeyi dəyişdi

4.04.2024 12:30 169
Ölkə futbolu
FİFA milli komandaların yeni dünya reytinqini təqdim edib.

"Football-plus.az" xəbər verir ki, 1177.83 xala malik olan millimiz son reytinqlə müqayisədə 1 pillə irəliləyib. Milli komanda 112-ci sıradadı.

Reytinq cədvəlinə 1858 xalla son dünya çempionu Argentina millisi liderlik edir. Fransa 1840.59 xalla 2-cidi. Belçika 1795.23 xalla 1 pillə irəliləyərək 3-cü pilləyə yüksəlib.

Xatırladaq ki, yığmamız Bakıda keçirilmiş “FİFA series - Edition 2024” layihəsində Monqolustana 1:0 hesabı ilə qalib gəlib, Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.