"Gəncə" heyətinə yeni basketbolçu cəlb etdi

25.02.2025 20:25 259
İdman
"Gəncə" heyətinə yeni basketbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, “Lənkəran”dan ayrılan Andre Ball bölgə təmsilçisinin şərəfini qoruyacaq. Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.

ABŞ-dən olan Andre Ball mərkəzi oyunçusu mövqeyində çıxış edir. 206 sm boya malik basketbolçu komandada 1 nömrəli formanı geyəcək.